Modern.az

Yoluxanların 5 %-nin vəziyyəti kritikləşir

Yoluxanların 5 %-nin vəziyyəti kritikləşir

Aktual

17 Noyabr 2021, 15:47

“COVID-19 xəstəliyi aşkar edilən şəxs həkim müayinəsində olmalıdır.  Xüsusilə həkimlərin təcrübəli olması ödəmlidir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

 

T.Eyvazov koronavirusa yoluxan şəxslərin əksəriyyətinin evdə müalicə almasına diqqət çəkib:

 

“Virusa yoluxan şəxslər 20 faiz halda xəstəliyi ağır, 5 faiz halda kritik, yerdə qalanlar isə yüngül və orta ağır keçirir. Xəstələrin çoxunda yuxarı tənəffüs yollarının zədələnməsi halları olur. Böyük əksəriyyətində isə heç ağciyərlər zədələnmir. Xəstəliyi yüngül keçirən xəstələrin müalicəsində ağır dərmanlara ehtiyac yoxdur. Ağırlaşmış halda belə, bəzən dərman istifadəsi təyin edilmir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!