Modern.az

Şəxsi istifadə üçün ölkəyə gətirilən telefonların rüsumu ARTIRILIR

Şəxsi istifadə üçün ölkəyə gətirilən telefonların rüsumu ARTIRILIR

Aktual

17 Noyabr 2021, 17:05

Azərbaycanda şəxsi istifadə üçün xaricdən ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumunun dərəcələri və ödənilməsinin xüsusiyyətləri müəyyənləşir.

 

Modern.az-ın məlumatına görə, bu barədə məsələ bu gün Milli Məclisin plenar iclasında müzakirə ediən "Dövlət rüsumu haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

 

Dəyişikliyə əsasən, bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 30 manat;
Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 50 manat;
Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 60 manat;
Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 70 manat;
Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 100 manat;
Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 150 manat dövlət rüsumu tutulacaq.

 

Dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?