Modern.az

Gürcüstanın XİN rəhbəri Ceyhun Bayramov və  Ararat Mirzoyanla görüşüb

Gürcüstanın XİN rəhbəri Ceyhun Bayramov və  Ararat Mirzoyanla görüşüb

Aktual

17 Noyabr 2021, 17:40

Gürcüstanın xarici işlər naziri David Zalkaliani azərbaycanlı həmkarı Ceyhun Bayramov və erməni həmkarı Ararat Mirzoyanla görüşüb.

 

Modern.az-ın yerli bürosunun Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, görüş Brüsseldə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutub.

 

D. Zalkaliani Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə regiondakı vəziyyəti müzakirə edib.

 

Müzakirələr zamanı regionda sülh və sabitliyin önəmi vurğulanıb.

 

David Zalkaliani regionda sülh və sabitliyin gücləndirilməsinin və qonşu ölkələr arasında gərgin vəziyyətin de-eskalasiyasının əhəmiyyətini qeyd edib.

 

O, Gürcüstan tərəfinin regionda davamlı sülh və sabitliyin gücləndirilməsi prosesinə töhfə vermək üçün bütün səyləri göstərməyə hazır olduğunu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?