Modern.az

Səfir Pakistanın xarici işlər katibi ilə görüşdü

Səfir Pakistanın xarici işlər katibi ilə görüşdü

Aktual

17 Noyabr 2021, 18:14

Azərbaycan Respublikasının Pakistandakı səfiri Xəzər Fərhadov Pakistanın xarici işlər katibi Soheyl Mahmud ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Soheyl Mahmud öncə səfir Xəzər Fərhadovu rəsmi təyinatı münasibətilə təbrik edib və ona işlərində müvəffəqiyyətlər arzulayıb. Xarici işlər katibi Azərbaycan və Pakistan arasındakı münasibətlərdən məmnunluğunu ifadə edərək Azərbaycan Hökumətini və xalqını Azərbaycanın Zəfər Günü münasibətilə təbrik edib. O, Pakistanın Ermənistanı dövlət kimi tanımadığını diqqətə çatdıraraq, bu ölkənin qardaş Azərbaycanla hər zaman həmrəylik nümayiş etdirdiyini bildirib. Soheyl Mahmud Azərbaycanın Kəşmir məsələsində Pakistanın haqlı mövqeyini dəstəklədiyini də xüsusi vurğulayaraq Azərbaycan Hökumətinə təşəkkürünü çatdırıb.

 

Xəzər Fərhadov öz növbəsində səmimi qəbula və təbrikə görə təşəkkürünü ifadə edib, iki qardaş ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasından söhbət açıb. Pakistanın Vətən müharibəsi dövründə Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi qeyd edən səfir, Pakistan Hökumətinə və xalqına öz təşəkkürün bildirib.

 

Görüşdə səfir həmçinin, bütün sahələr üzrə ikitərəfli münasibətlərin, xüsusilə iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində son aylar ərzində atılan addımlar barədə də danışıb.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?