Modern.az

Prezidentə sui-qəsd hazırlayan şəxs hava limanında tutuldu - VİDEO

Prezidentə sui-qəsd hazırlayan şəxs hava limanında tutuldu - VİDEO

Aktual

17 Noyabr 2021, 18:26

Haiti prezidentinə sui-qəsd istintaqında qırmızı bülletenlə axtarılan şəxs İstanbulda tutulub.

 

Modern.az xəbər verir ki, Haiti prezidenti Jovenel Moisenin öldürülməsi ilə bağlı aparılan istintaqda qırmızı bülletenlə axtarışa verilən Samir Handan ABŞ-dan İordaniyaya gedərkən İstanbulda yaxalanıb.

 

Sui-qəsdçi təyyarədə olarkən içəri girən İnterpol polisi adıçəkilən prezidenti öldürənlərin səbəbkarları arasında olan Samir Handalı dərhal təyyarədə saxlayıb. 

 

Qeyd edək ki, Haiti prezidenti 53 yaşlı Moise iyulun 7-də evinə silahlı şəxslərin hücumu nəticəsində öldürülüb, həyat yoldaşı Martine Moise isə yaralanmışdı. 

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?