Modern.az

Azərbaycan YUNESKO-nun şura üzvü SEÇİLDİ

Azərbaycan YUNESKO-nun şura üzvü SEÇİLDİ

Aktual

17 Noyabr 2021, 20:26

Azərbaycan YUNESKO Baş Konfransının 41-ci sessiyası çərçivəsində qurumun İcraiyyə Şurasına üzv seçilib.

 

Modern.az xəbər verir ki, sessiya çərçivəsində qurumun İcra Şurası üzvlüyünə seçkilər keçirilib.

 

Azərbaycan YUNESKO-nun ikinci seçki qrupundan qurumun İcraiyyə Şurası üzvlüyünə namizədliyini irəli sürüb.

 

YUNESKO Baş Konfransının 41-ci sessiyası çərçivəsində keçirilmiş seçkilərdə Azərbaycan səs çoxluğu ilə 2021-2025-ci illər üçün İcraiyyə Şurasına üzv seçilib.

 

Xatırladaq ki, Azərbaycan 2005-2009-cu illərdə də YUNESKO İcraiyyə Şurasının üzvü olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?