Modern.az

Şəhidlərimizdən biri futbolçu olub

Şəhidlərimizdən biri futbolçu olub

Aktual

17 Noyabr 2021, 21:43

Noyabrın 16-da Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan əsgər Elmin Əlizadə keçmiş futbolçu olub.

 

Modern.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 2013-2016-cı illər ərzində UGİM Mingəçevir komandasının tərkibində milli assosiasiyanın keçirdiyi liqalarda iştirak edib.

 

"Futbol ictimaiyyəti adından bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik. Allah rəhmət eləsin", - AFFA-dan bildirilib.

 

Qeyd edək ki, Ermənistanın təxribatı nəticəsində Azərbaycanın 7 hərbçisi şəhid olub, 10-u yaralanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!