Modern.az

Daha bir şəhidimiz dəfn edildi

Daha bir şəhidimiz dəfn edildi

Aktual

17 Noyabr 2021, 21:36

Dünən dövlət sərhədində Ermənistanın təxribatları zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri Əliyev Elçin Ramil oğlu Şirvan şəhərində dəfn edilib.

 

Modern.az xəbər verir ki, şəhidimizin nəşri şəhərin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

 

Dəfn mərasimində şəhidin doğmaları, silahdaşları, Şəhər İcra Hakimiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanları əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, Elçin Əliyev 2002-ci ildə Şirvan şəhərində anadan olub.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?