Modern.az

Messi ilin futbolçusu SEÇİLDİ

Messi ilin futbolçusu SEÇİLDİ

Aktual

17 Noyabr 2021, 22:14

Argentina millisinin və PSJ komandasının hücumçusu Lionel Messi ilin futbolçusu seçilib.

 

Modern.az xəbər verir ki, 34 yaşlı futbolçu "Goal" nəşrinin versiyasına əsasən bu ada yiyələnib.

 

O, oxucuların səsverməsi nəticəsində qalib elan olunub. Messi 14 milyondan çox səs toplayıb.

 

İkinci pilləni İngiltərənin "Mançester Yunayted" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu, 3-cü yeri isə Almaniya "Bavariya"sının polşalı qolçusu Robert Levandovski tutub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?