Modern.az

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

Elin Süleymanov britaniyalı nazirlə görüşüb

Aktual

18 Noyabr 2021, 08:05

Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika regionu üzrə dövlət naziri Vendi Mortonla görüşüb.

 

Modern.az-ın Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinə istinadən verdiyi xəbərə görə, görüş səfirliyinin Londondakı binasında baş tutub.

 

Tərəflər Azərbaycan və Britaniya arasındakı münasibətləri daha da inkişaf etdirmək imkanlarını və regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

 

Nazir Vendi Morton, görüşdən sonra şəxsi Tvitter səhifəsində səfirlə görüşdən şad olduğunu bildirib. O qeyd edib ki, görüş zamanı Böyük Britaniya-Azərbaycan münasibətlərinin, qadın hüquqlarının müdafiəsinin gücləndirilməsi, iqlim dəyişikliyi və Azərbaycan-Ermənistan sərhədindəki son eskalasiya ilə bağlı müzakirələr aparılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar