Modern.az

Bakıda intiharın qarşısı alındı

Bakıda intiharın qarşısı alındı

Aktual

18 Noyabr 2021, 08:54

Bakının Xətai rayonunda intihara cəhd olub.

 

Bu barədə Modern.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?