Modern.az

Türkiyə yenidən YUNESKO-nun İcraiyyə Komitəsinin üzvü seçildi

Türkiyə yenidən YUNESKO-nun İcraiyyə Komitəsinin üzvü seçildi

Aktual

18 Noyabr 2021, 09:05

Türkiyə növbəti müddətə YUNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi bildirib.

 

Nazirlik qeyd edib: "2017-2021-ci illərdə YUNESKO-nun İcraiyyə Şurasının üzvlüyünü uğurla həyata keçirən Türkiyə YUNESKO-nun 41-ci Baş Konfransı çərçivəsində 17 noyabr 2021-ci ildə keçirilən seçkilərdə yenidən 2021-2025-ci illər üçün üzv dövlət seçilib".

 

Nazirlik vurğulayıb ki, Türkiyə YUNESKO-nun məqsəd və ideallarını dəstəkləyir və təşkilatın fəaliyyətini və dəyərlərini təbliğ etməyə davam edəcək:

 

"Türkiyənin yeni müddətə İcraiyyə Şurasına üzv seçilməsi ölkəmizin əvvəlki dövrdəki fəal və uğurlu fəaliyyətinin, eləcə də dünya miqyasında təhsil, elm və mədəniyyətə verdiyi töhfənin inandırıcı sübutudur".

Sizə yeni x var
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...