Modern.az

Xızıda naməlum kişi meyiti tapılıb - FOTO

Xızıda naməlum kişi meyiti tapılıb - FOTO

Aktual

18 Noyabr 2021, 09:30

Xızı rayonu Yeni Yaşma kəndi ərazisində 40-45 yaşlarında naməlum kişi meyiti tapılıb.

 

DİN-in mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, aşkar edilən meyit arıq bədən quruluşlu, boyu 170 santimetr, nisbətən yumru sifət quruluşlu, seyrək saçlıdır. Aşkar olunan zaman meyitin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib.

 

Qeyd edək ki, bu şəxsi tanıyanlardan Xızı Rayon Polis Şöbəsinin 023-31-50-131 və 051-500-00-13 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?