Modern.az

Xaçmazda 17 yaşlı oğlan itkin düşüb - FOTO

Xaçmazda 17 yaşlı oğlan itkin düşüb - FOTO

Aktual

18 Noyabr 2021, 10:16

Xaçmaz rayon sakini, 2004-cü il təvəllüdlü Famil Əşrəfov  sentyabr  ayının 19-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, F.Əşrəfov 172  sm boylu, arıq bədən quruluşludur.

 

Evdən çıxarkən onun əynində göy rəngli idman kurtkası və şalvarı, qarışıq rəngli köynək və ağ-qara rəngdə idman ayaqqabısı olub.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?