Modern.az

Şəhid gizirin nəşi ailəsinə təhvil verildi

Şəhid gizirin nəşi ailəsinə təhvil verildi

Aktual

18 Noyabr 2021, 10:48

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən toqquşmalar zamanı Azərbaycan ordusunun şəhid olan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir Cabbarov Orxan Hətəm oğlu doğulduğu Quba rayonuna gətirilib.

 

Modern.az-ın məlumatına görə, şəhidlə vida mərasimi doğulduğu Davudoba kəndində keçiriləcək. Daha sonra gizir Quba şəhər Şəhidlər xiyabanında dəfn ediləcək.

 

Bildirək ki, Gizir Cabbarov Orxan Hətəm oğlu 1994-cü ildə Qubanın Davudoba kəndində anadan olub.

 

Qəhrəman igidimiz subay idi. 

 

Qeyd edək ki, noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı Azərbaycan ordusunun yeddi hərbi qulluqçusu şəhid olub. Döyüşlərdə 10 hərbçimiz yaralanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...