Bu gün Heydər Əliyev Sarayında keçiriləcək “Jazz mix” konsert proqramı şəhidlərimizin əziz xatirəsinə ehtiram əlaməti olaraq təxirə salınıb.
Modern.az xəbər verir ki, Heydər Əliyev Sarayının mətbuat katibi Aytac Bağırlının sözlərinə görə, konsert proqramı dekabrın 16-na keçirilib.
A.Bağırlı bildirib ki, alınan bütün biletlər etibarlıdır.
Bildirilib ki, Ermənistanın təxribatı nəticəsində baş verən hərbi əməliyyatlar zamanı şəhid olan hərbi qulluqçularımızın yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyirik.
Allah rəhmət eləsin!