Modern.az

Qubada avtoxuliqanlıqlar həbs edildi - VİDEO

Qubada avtoxuliqanlıqlar həbs edildi - VİDEO

Aktual

18 Noyabr 2021, 13:30

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozan eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, rayon sakinləri Nurlan Saruxanov və İbrahim Miridov özlərinə məxsus VAZ-2107 və VAZ-2106 markalı avtomobillərlə avtoxuliqanlıq hərəkətləri ediblər.

 

Avtoxuliqanlıq edərkən çəkilən video özləri və tanışları tərəfindən sosial şəbəkələrdə yerləşdirilib.

 

Hər iki şəxs barəsində RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

 

Məhkəmənin qərarı ilə həmin şəxslər 15 gün müddətində inzibati qaydada həbs olunublar.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?