Modern.az

VTB bank Telman İsmayılova cinayət işi açdırdı

VTB bank Telman İsmayılova cinayət işi açdırdı

Aktual

18 Noyabr 2021, 13:50

Rusiyada Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılova qarşı daha bir cinayət işi açılıb.

 

Modern.az “Kommersant” qəzetinə istinadən xəbər verir ki, yeni cinayət işi VTB bankının şikayəti əsasında başlanılıb.

 

T.İsmayılov Rusiya Cinayət Məclləsinin 196-cı maddəsi ilə (qəsdən özünü müflis elan etmək) təqsirləndirilir. Bu maddə ilə onu 7 ilə qədər həbs cəzası və 5 milyon rubla (118 min manat) qədər cərimə gözləyir.

 

Bankın iddiasına əsasən, keçmiş oliqarxa məxsus “Ruslayn 2000” ASC VTB-nin tərkibinə daxil olan strukturlardan ümumilikdə, 185,4 milyon dollar kredit götürsə də, müəyyən olunmuş vaxtda borcunu qaytarmayıb və tezliklə müflis elan olunub.

 

Xatırladaq ki, Telman İsmayılov Monteneqroda siyasi sığınacaq alıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?