Modern.az

Azərbaycan Ermənistana qarşı - HEYƏTLƏR

Azərbaycan Ermənistana qarşı - HEYƏTLƏR

Aktual

18 Noyabr 2021, 14:24

Sloveniyanın Çatej şəhərindəki şahmat üzrə Avropa çempinonatında iştirak edən kişi və qadınlardan ibarət Azərbaycan millilərinin bugünkü qarşılaşmalar üçün heyətləri bəlli olub.

 

Modern.az-ın məlumatına görə, kişilərdən ibarət komanda Ermənistan yığması ilə, qadınlar isə İtaliya ilə üz-üzə gələcək.

 

Avropa çempionatı, VI tur
Kişilər
18 noyabr

 

Azərbaycan - Ermənistan
Şəhriyar Məmmədyarov - Qabriel Sarkisyan
Teymur Rəcəbov - Hayk Martirosyan
Rauf Məmmədov - Robert Ovanisyan
Nicat Abbasov - Samvel Ter-Sahakyan

 

Məmmədyarov və Məmmədov ağ, Rəcəbovla Abbasov qara fiqurlarla oynayacaq.

 

İtaliya - Azərbaycan
Marina Brunello - Günay Məmmədzadə
Olqa Zimina - Gülnar Məmmədova
Tea Queçi - Xanım Balacayeva
Daniela Movilyanu - Ülviyyə Fətəliyeva

 

Məmmədova ilə Fətəliyeva ağ, Məmmədzadə və Balacayeva qara fiqurlarla mübarizə aparacaq.

 

Qeyd edək ki, turun bütün oyunları Bakı vaxtı ilə saat 18:00-da başlanacaq. Kişilərdən ibarət yığma hazırda 8 xalla Rusiya, Ukrayna, Macarıstan, Ermənistan və Niderlandla birgə 1 - 6-cı, qadınlardan ibarət komanda isə Polşa, İtaliya və Ukrayna ilə birlikdə 4 - 7-ci yerləri bölüşdürür.

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?