Modern.az

Türkiyə hərbçiləri PKK-nın qurucularından birini məhv etdi

Türkiyə hərbçiləri PKK-nın qurucularından birini məhv etdi

Aktual

18 Noyabr 2021, 15:12

Türkiyə Milli İstihbarat Təşkilatı və Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi əməliyyatda zərərsizləşdirilən terrorçular arasında PKK-nın qurucularından biri, Əli Heydər Kaytan da olub.

 

Modern.az "TRT Haber"a istinadən xəbər verir ki, Abdullah Öcalan vaxtilə “Fuat” kod adlı Əli Heydər Kaytanı “özündən sonra təşkilatda sözü keçən şəxs” kimi təqdim edib.

 

Kaytanın terror təşkilatının adı PKK üçün kamikadze hücumlarını həyata keçirəcək terrorçuların hazırlanmasında hallanıb. Onun 2016-cı ildə Ankarada Merasim Sokak və Güvenpark hücumları üçün təlimat verməsi müəyyən edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada