Modern.az

Ukrayna parlamenti Türkiyə ilə hərbi sazişi ratifikasiya etdi

Ukrayna parlamenti Türkiyə ilə hərbi sazişi ratifikasiya etdi

Aktual

18 Noyabr 2021, 17:12

Ali Rada Türkiyə və Ukrayna hökumətləri arasında hərbi əməkdaşlıq barədə çərçivə sazişini ratifikasiya edib.

 

Modern.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, sənədin lehinə ölkə parlamentinin 303 deputatı səs verib.

 

Saziş 2020-ci il oktyabrın 16-da Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfəri zamanı imzalanmışdı. Sənəd 21 istiqamət üzrə Türkiyə ilə Ukrayna arasında hərbi əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...