Modern.az

Şəhid Murad Xəlilov son mənzilə yola salındı - FOTOLAR

Şəhid Murad Xəlilov son mənzilə yola salındı - FOTOLAR

Aktual

18 Noyabr 2021, 17:30

Noyabrın 16-da dövlət sərhədində Ermənistanın təxribatları nəticəsində baş verən döyüş əməliyyatları zamanı şəhid olan Azərbaycan ordusunun əsgəri Xəlilov Murad Qalib oğlu doğulduğu Şəmkir rayonunun Çinarlı qəsəbəsində dəfn edilib.

 

Modern.az xəbər verir ki, o, qəsəbənin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

Şəhidin tabutu üzərinə sərilən bayraq icra başçısı tərəfindən onun atasına verilib.

 

Dəfn mərasimində şəhidin xatirəsinə yaylım atəşi açılıb.

 

 









Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...