Modern.az

Saakaşvili reanimasiyaya yerləşdirildi - YENİLƏNİB

Saakaşvili reanimasiyaya yerləşdirildi - YENİLƏNİB

Aktual

18 Noyabr 2021, 21:34

Gürcüstan Penitensiar Xidməti huşunu itirərək yıxılan Mixail Saakaşvilinin səhhəti ilə bağlı məlumat yayıb.

 

Modern.az xəbər verir ki, Saakaşvilinin vəziyyəti stabildir və vəkili Nika Qvaramiya onun yanındadır. 

 

Qvaramiya isə jurnalistlərə açıqlamasında bildirib ki, Saakaşvili reanimasiyaya yerləşdirilib. Reanimatoloqun sözlərinə görə, eks-prezidentin təzyiqi 180-ə qalxıb. 

 

Həkimlər qrupu Saakaşvilinin vəziyyəti pisləşdikdən sonra səhiyyə naziri Yekaterina Tkaradze ilə görüşə yollanıb.

 

***

19:37

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvilinin vəziyyəti pisləşib. 

 

Modern.az xəbər verir ki, bu barədə onun vəkili Beka Basilaya məlumat yayıb.

 

O bildirib ki, Saakaşvili bu gün huşunu itirərək yıxılıb.

 

Gürcüstanın Xüsusi Penitensiar Xidməti bildirib ki, Saakaşvilinin sağlamlıq durumu sabitdir. 

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranla Rusiya bombalanır - Ard-arda şok partlayışlar