Modern.az

İsraildə nazirin işçisi İran casusu olub

İsraildə nazirin işçisi İran casusu olub

Aktual

18 Noyabr 2021, 19:45

İsrail müdafiə naziri Benni Qantzın təsərrüfat işçisi İrana casusluqda ittiham edilir.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Şin Bet təhlükəsizlik xidməti məlumat yayıb.

 

Təşkilat şübhəlinin adı açıqlanmayan şəxslə sosial media üzərindən yazışdığını bildirib.

 

O, evdə çəkilmiş fotoşəkilləri İrana ötürüb və Qantzın kompüterinə zərərli proqram quraşdırmağa cəhd edib.

 

Şübhəli şəxsin bu ayın əvvəlində aparılan istintaqdan sonra həbs edildiyi bildirilir.

 

Vəkili casusluqda ittiham edilən şəxsin milli təhlükəsizliyə zərər vermək niyyətində olmadığını bildirib.

 

Şin Bet bildirib ki, şübhəli şəxs milli təhlükəsizlik üçün potensial təhlükə yaratsa da, o, məxfi materialları əldə edə və ötürə bilməyib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?