Modern.az

Şahmatçılarımız Ermənistanla heç-heçə etdi

Şahmatçılarımız Ermənistanla heç-heçə etdi

Aktual

18 Noyabr 2021, 22:45

Sloveniyada keçirilən şahmat üzrə Avropa çempionatının altıncı turunda kişilərdən ibarət komandamızın Ermənistan şahmatçıları ilə qarşılaşması 2:2 hesabı elə başa çatıb.

 

Modern.az xəbər verir ki, təmsilçilərimiz Şəhriyar Məmmədyarov Qabriel Sarkisyan, Teymur Rəcəbov Hayk Martirosyan, Nicat Abbasov Samvel Ter-Sahakyan, Rauf Məmmədov isə Robert Hovanisyan ilə heç-heçə ediblər.

 

Qadın şahmatçılarımızın İtaliya yığması ilə mübarizəsi davam edir.

 

Avropa çempionatında kişilərin yarışında 39, qadınların mübarizəsində isə 29 komanda mübarizə aparır. Doqquz turdan ibarət çempionata noyabrın 21-də yekun vurulacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?