Modern.az

15 yaşlı yeniyetmə güllələndi

15 yaşlı yeniyetmə güllələndi

Aktual

19 Noyabr 2021, 00:31

Mingəçevirdə güllələnmə hadisəsi qeydə alınıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə məcburi köçkünlərin məskunlaşdığı Yeni Həyat qəsəbəsində baş verib.

 

 

Ağdam rayon Gülablı kənd sakini Qasımov Əlvan Nuxa oğlu uşaqlar arasında baş verən münaqişə zəminində Xankəndi şəhər, Kərkicahan qəsəbə sakini, 2006-cı il təvəllüdlü Kərimov Orxan Tofiq oğlunu odlu silahla güllələyib.

 

Güllələnən O.Kərimov xəstəxanaya aparılarkən yolda həyatını itirib.

 

Hadisəni törətməkdə şübhəli bilinən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

 

Faktla bağlı araşdırma başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zelenski tarix açıqladı - Müharibə dayandırılır? - Gündəm Masada