ABŞ Milli Aeronavtika və Kosmik Agentliyi (NASA) bu gün gecədən səhər saatlarına qədər 581 ilin ən uzun Ay tutulmasının baş verəcəyini açıqlayıb.
Modern.az xəbər verir ki, Ay tutulması ABŞ-ın şərq sahili vaxtı cümə günü gecə saat 01:02-də başlayacaq və 99 faiz tutulma dərəcəsi ilə saat 04:02-də ən yüksək səviyyəyə çatacaq.
NASA-dan bildirilir ki, ABŞ-da Qunduz Ayı kimi tanınan Noyabr tam ayı cümə günü erkən 3 saat 28 dəqiqə yerin kölgəsində qalacaq.
Bu tarixi səma hadisəsi bütün Şimali Amerikadan, eləcə də, Cənubi Amerikanın qərb yarısından, Asiyanın şimal-şərqindən və şərqi Avstraliyanın bəzi hissəsindən görünəcək.
Qeyd edilib ki, baş verəcək hadisə 2021-ci ilin sonuncu Ay tutulmasıdır.
Növbəti Ay tutulması 2022-ci il mayın 16-da baş verəcək.