Modern.az

Lavrov ATƏT sədrilə Qarabağı müzakirə edəcək

Lavrov ATƏT sədrilə Qarabağı müzakirə edəcək

Aktual

19 Noyabr 2021, 12:30

Bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ATƏT-in fəaliyyətdə olan sədri Ann Linden Qarabağ məsələsini müzakirə edəcək.

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.  

Müzakirə zamanı Dnestryanı münaqişənin nizamlanması, eləcə də beynəlxalq gündəmdə olan digər məsələlərin müzakirəsi də planlaşdırılır. 

Xatırladaq ki, A.Linden daha əvvəl Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon danışığı aparıb.

Sizə yeni x var
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...