Modern.az

Nazirlik Azərbaycanın təşəbbüsünü dəstəkləyən BMT üzvlərinə təşəkkür etdi

Nazirlik Azərbaycanın təşəbbüsünü dəstəkləyən BMT üzvlərinə təşəkkür etdi

Aktual

19 Noyabr 2021, 13:05

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın təşəbbüsünü dəstəkləyən BMT-nin üzvü olan dövlətlərə təşəkkür edib.

 

Modern.az-ın məlumatına görə, XİN mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva “Twitter” səhifəsində etdiyi paylaşımında “Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatı adından müzakirəyə çıxarılan və Baş Assambleya tərəfindən qəbul edilmiş “COVID-19-la mübarizədə bütün ölkələrin vaksinlərə ədalətli, əlverişli, vaxtında və universal çıxışının təmin edilməsi” adlı qətnaməni dəstəkləyən bütün BMT üzv dövlətlərinə təşəkkür edirik”, - deyə yazıb.

Sizə yeni x var
Keçid et
Rusiyada Türkiyəyə HÜCUMLAR BAŞLADI - Cavabınızı alacaqsınız!