Modern.az

Ermənistandan “demarkasiya açıqlaması”: “Cavab Moskvaya göndərilib”

Ermənistandan “demarkasiya açıqlaması”: “Cavab Moskvaya göndərilib”

Aktual

19 Noyabr 2021, 13:16

“Demarkasiya prosesinə hazırlıq sıfırdan başlayacaq”.

Modern.az xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan deyib.

 

Onun sözlərinə görə, Ermənistan prosesin başlanmasına razılıq verib.


Köçəryan Moskvadan daxil olan təklifin detallarını açıqlamayıb.


Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının deputatı Eduard Ağacanyan isə bildirib ki, Ermənistan prosesi müvafiq komissiya formasında və birbaşa başlamağa hazırdır:

“Ermənistan artıq Rusiyanın təklifini qəbul etməsi barədə cavabını yazılı şəkildə Moskvaya göndərib. İndi isə hazırlıq işinin başlaması gedir”.


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?