Modern.az

HƏMAS-dan İran etirafı

HƏMAS-dan İran etirafı

Aktual

21 Noyabr 2021, 11:00

Qəzza zolağına nəzarət edən İslami Müqavimət Hərəkatının (HƏMAS) Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İrandan maliyyə və hərbi-texniki yardım aldıqlarını etiraf edib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Əl-Əqsa peyk kanalına müsahibəsində danışıb. 

 

“İranla əlaqələrimiz strateji xarakter daşıyır və müqavimət layihəsinin çox mühüm sütununu təşkil edir. İranın Fələstindəki müqavimətə siyasi, maddi, hərbi və texniki dəstək verdiyi heç kimə sirr deyil”, - deyə Haniyə bildirib. 

 

Haniyə HƏMAS-ın Səudiyyə Ərəbistanı ilə münasibətlərinə də toxunub: “Krallıqdakı qardaşlarla münasibətlərdə maraqlı olmuşuq və hələ də maraqlıyıq, lakin təəssüf ki, son bir neçə ildə Səudiyyə Ərəbistanının HƏMAS-la bağlı siyasətində dəyişikliklər olub. 

 

Bizim beynəlxalq ictimaiyyətdə çoxlu dostlarımız və bir çox ölkələrlə geniş əlaqələrimiz var”. HƏMAS-ın təcrid olunma və ya mühasirəyə alınması siyasəti, eləcə də terror təşkilatı kimi təsnifatı uğursuzluqdur”. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?