ABŞ-ın "Time" jurnalında "İlin idmançısı" adına 24 yaşlı gimnast Simona Baylzı layiq görülüb.
Modern.az xəbər verir ki. o, Tokio-2020 Yay Olimpiya Oyunlarında komanda yarışlarında gümüş, gimnastika tirində fərdi mübarizədə bürünc medal qazanıb.
Lakin o, ağır psixoloji durumu və orientasiya baxımından çətinlikləri ilə əlaqədar digər dörd növdə çıxış etməyib.
Qeyd edək ki, Simona Baylz 4 qat olimpiya, 19 qat dünya çempionudur.
Akif İsmayılov