Modern.az

Revanşistlər fəallaşırlar - Sarkisyan da mətbuat konfransı keçirəcək

Revanşistlər fəallaşırlar - Sarkisyan da mətbuat konfransı keçirəcək

Aktual

27 Dekabr 2021, 17:40

Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan da mətbuat konfransı keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə Respublika Partiyasının gənclər təşkilatının üzvü Tiqran Vardanyan öz Facebook səhifəsində məlumat yayıb.

 
O əlavə edib ki, eks-prezident Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin yeni detalları barədə ictimaiyyəti məlumatlandıracaq.


Sarkisyan mətbuat konfransını yanvarın ikinci yarısında keçirəcək.


Xatırladaq ki, bu gün Ermənistanın ikinci prezidenti Robert Köçəryan mətbuat konfransı keçirərək, hazırkı iqtidar barədə kəskin ittihamlar səsləndirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı