Facebook sosial şəbəkəsində Azəbaycanının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyevanın əks olunduğu maraqlı fotoşəkil paylaşılıb. Modern.az-ın məlumatına görə, şəkil dekabrın 24-də sosial şəbəkədəki “Vip-Leyla Aliyeva” səhifəsində yerləşdirilib.
Mehriban və Leyla Əliyevalar Yeni ilin atributu olan bəzənmiş şam ağacının qarşısında əyləşiblər. 7 saat ərzində bu şəkli 7 minədək Facebook istifadəçisi bəyənib. 220-dən çox istifadəçi isə paylaşıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin məhz bu şam ağacını bəzədiyi anda çəkilən şəkli iki gün öncə Facebook-da yerləşdirilmişdi.

Modern.az