Modern.az

Mədəniyyət naziri koronavirusa yoluxdu

Mədəniyyət naziri koronavirusa yoluxdu

Aktual

17 Yanvar 2022, 14:18

İranın mədəniyyət və islami irşad naziri Məhəmməd Mehdi Esmaili koronavirusa yoluxub.

 

Modern.az-ın məlumatına görə, bunu nazirin özü bu gün Tehranda keçirilən tədbirə video-format qaydasında qatılmağının səbəbini açıqlayarkən deyib.

 

Nazirin sözlərinə görə, Birləşmiş Ərəb Əmirliklərində keçirilən sərgiyə qatılıb və orada koronavirusa yoluxub: “Həkimlərin tövsiyəsi ilə müalicəmi evdə davam etdirirəm”, - deyə o bildirib.

 

Qeyd edək ki, İranın mədəniyyət və islami irşad naziri 14 yanvarda BƏƏ-də Dubay Ekspo sərgisinə qatılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı