Modern.az

Uşaqların "Omicron"a yoluxması ilə bağlı statistika YOXDUR

Uşaqların "Omicron"a yoluxması ilə bağlı statistika YOXDUR

Aktual

26 Yanvar 2022, 15:44

“Hələ ki, ölkədə uşaqların "Omicron" ştamına yoluxması ilə bağlı rəsmi statistika yoxdur”.

 

Modern.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib.

 

Onun sözlərinə görə, dünyada uşaqlar arasında "Delta" ştamı ilə müqayisədə "Omicron"a yoluxma çoxdur:

 

“Onlar da bu xəstəliyi böyüklərdə olduğu kimi keçirirlər. Soyuqdəymə simptomları müşahidə olunur. Amma böyüklərdəki kimi ağırlaşma halları olmur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Zelenski bəzi ərazilərin Rusiyada qalmasına razılaşdı