Modern.az

Zəngilan və Laçın hava limanlarının tikintisi nə yerdədir? - RƏSMİ

Zəngilan və Laçın hava limanlarının tikintisi nə yerdədir? - RƏSMİ

Aktual

27 Yanvar 2022, 11:42

Hava nəqliyyatı infrastrukturunun qurulması ilə bağlı işlər qrafikə uyğun aparılır.

 

Modern.az xəbər verir ki, bunu “Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər” seminarında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aida Bədəlova deyib.

 

"Füzuli hava limanının açılışı 2021-ci il oktyabrın 26-da olub. Zəngilan Beynəlxalq Hava Limanının, eləcə də Laçın Hava Limanının tikinti işlərinə başlanması məqsədilə hazırlıq və mobilizasiya işləri aparılır. Həmçinin, qeyd edilən hava limanlarının vaxtında istismara verilməsinin təmin edilməsi məqsədilə ICAO və Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə zəruri tədbirlər davam etdirilir", - A.Bədəlova vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı