Modern.az

“Azərişıq”ın işçisini "tok" vurub ÖLDÜRDÜ

“Azərişıq”ın işçisini

Aktual

28 Yanvar 2022, 09:12

Yanvarın 27-i saat 13 radələrində Salyan rayon sakini, 1987-ci il təvəllüdlü Namus Miriyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Salyan rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.


Aparılmış araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin Salyan elektrik şəbəkəsinin Qaraçala şəbəkə sahəsində elektrik montyoru işləyən Namus Miriyev rayonun 1-ci Varlı kəndində elektrik naqilini təmir edərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.


Hazırda faktla bağlı Salyan rayon prokurorluğunda araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...