Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.
Modern.az "koronavirus.info"ya istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların 52,3 %-i Bakının payına düşür.
Yoluxma göstəricisi Abşeronda 13,3 %, Aranda 12,9 %, Gəncə-Qazaxda 7,7 %, Quba-Xaçmazda 3,6 %, Şəki-Zaqatalada 3,5 %, Lənkəranda 2,5 %, Dağlıq Şirvanda 2,2 %, Yuxarı Qarabağda 1,6 %, Naxçıvan Muxtar Respublikasında 0,5 %-dir.
Qeydə alınan koronavirus xəstələrinin 0,5 %-i ölkə xaricindən gələnlərdir.