Modern.az

Cari əməliyyatlar balansı ÜDM-in 10 faizinə çata bilər

Cari əməliyyatlar balansı ÜDM-in 10 faizinə çata bilər

مورد توجه

28 Yanvar 2022, 12:49

2022-ci ildə Azərbaycanın cari əməliyyatlar balansı ümumi daxili məhsulun 10 faizinə çata bilər. Bu, dünya bazarında neftin bir barelinin qiymətinin orta hesabla 70 dollar təşkil edəcəyi halda mümkün olacaq.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinin elan edilməsilə bağlı mətbuat konfransında bildirib.

 

E.Rüstəmovun sözlərinə görə, əgər neft qiymətləri 50 dollar diapazonunda olarsa, o zaman cari əməliyyatlar balansı ÜDM-in dörd faizini təşkil edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı