Modern.az

Azərbaycanda iki məktəblini maşın vurdu

Azərbaycanda iki məktəblini maşın vurdu

Aktual

28 Yanvar 2022, 13:56

Biləsuvar rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Əsgərabad kəndində baş verib.

 

Belə ki, kənd sakinləri 2005-ci il təvəllüdlü Əmirov Kənan Nizami oğlunu və 2005-ci il təvəllüdlü Qəhrəmanov Coşqun Ələddin oğlunu "VAZ 2107" markalı minik avtomobili vurub.

 

Məktəblilər ağır vəziyyətdə rayon xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı