Modern.az

Türk Dövlətləri Təşkilatı Qırğızıstan-Tacikistan sərhədindən narahatdır

Türk Dövlətləri Təşkilatı Qırğızıstan-Tacikistan sərhədindən narahatdır

Aktual

28 Yanvar 2022, 14:51

Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşma ilə əlaqədar Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev açıqlama yayıb.
 

Modern.az xəbər verir ki, açıqlamada deyilir:
 

“Biz Qırğızıstan-Tacikistan sərhədindəki vəziyyətdən çox narahatıq, silahlı münaqişənin dərhal dayandırılmasına, sülh yolu ilə həllinə və diplomatik danışıqlar yolu ilə vəziyyətin sabitləşdirilməsinə çağırırıq. Türk Dövlətləri Təşkilatı olaraq mülki şəxslərə qarşı silah istifadəsini pisləyir və iki qonşu ölkənin sərhədində gərginliyin daha da artmasının qarşısını almaq üçün lazımi tədbirlərin görülməsinə çağırırıq. Biz Qırğız Respublikasının vəziyyətin sülh yolu ilə həlli istiqamətində səylərini dəstəklədiyimizi bildiririk, Qırğızıstan və Tacikistan arasında qarşılıqlı anlaşma, hörmət, mehriban qonşuluq münasibətləri və birlikdə yaşamaq iradəsinə əsaslanan dialoqu alqışlayırıq. Ümid edirik ki, danışıqlar nəticəsində hər iki tərəf qarşılıqlı etimadı gücləndirmək və mümkün münaqişələrin qarşısını almaq üçün lazımi addımlar atacaq”.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı