“Gender bərabərliyinə dair hesabat Milli Məclisə təqdim edilib və kifayət qədər müzakirə edilib. Bəzi qanun layihələrinin müəyyən dəyişikliklərə ehtiyac var. Bəzi fəaliyyət istiqamətlərinin təsdiqlənməsinə zərurət var. Maarifləndirmənin, effektiv icra mexanizmlərin azlığı problem yaradır. Mövcud mexanizmlərin də inkişafına, təkmilləşdirilməsinə ciddi ehtiyac var".
Modern.az xəbər verir ki, xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib.
Onun sözlərinə görə, hesabatın son bölməsində bir sıra tövsiyələr qeyd edilib:
Bu dəyişikliklər təkcə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin istəyinə, hesabatına bağlı olan məsələ deyil. Bu istiqamətdə fəaliyyət göstərən 10-a yaxın aidiyyəti qurumlar var ki, təklif edilən dəyişikliklər digər qurumların da razılığı ilə təsdiqlənə bilər. Qanunvericiliyə dəyişikliklərlə bağlı təklifimiz artıq Nazirlər Kabinetinə təqdim edilib.
Ümumi razılıq olacağı təqdirdə biz bunu Milli Məclisə də təqdim edə bilərik. Digər məsələlər artıq hər birimizin dəstəyi ilə həll edilə bilər. Hər kəs ailəsində, cəmiyyətdə, azad təhlükəsiz vəziyyətin yaranması üçün əlindən gələn töhfəni verməlidir”.