Modern.az

Mahir Emreli “Dinamo”ya 1 milyon avroya transfer olub

Mahir Emreli “Dinamo”ya 1 milyon avroya transfer olub

Aktual

3 Fevral 2022, 09:32

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Legiya”dan Zaqreb “Dinamo”suna transferinin qiyməti bəlli olub.

 

Modern.az-ın məlumatına görə, bunu Polşa mətbuatı açıqlayıb.

 

Bildirilib ki, 25 yaşlı hücumçunun keçidi 1 milyon avroya gerçəkləşib. Lakin Xorvatiya klubu onun üçün pul ödəməyəcək.

 

Məsələ ondadır ki, Polşa klubunun “Dinamo”ya borcu qalıb. Lirim Kastratini 1,2 milyon avroya transfer edən “Legiya” zaqreblilərə cəmi 200 min ödəyib. Vəsaitin digər hissəsinin əvəzində isə Emrelinin transferi reallaşıb.

 

Qeyd edək ki, “Legiya” yığmamızın üzvü ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verildiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı