Modern.az

Belarus Ukraynaya nota verdi

Belarus Ukraynaya nota verdi

Aktual

3 Fevral 2022, 15:02

Belarus Xarici İşlər Nazirliyi (XİN) bu il yanvarın sonunda Ukrayna tərəfindən bu ölkəyə kəşfiyyat üçün pilotsuz uçuş aparatının göndərilməsi ilə bağlı rəsmi Kiyevə etiraz edib.

 

Modern.az xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.

 

Bildirilib ki, PUA silahlı qüvvələr tərəfindən yerə endirilib. Avadanlığın məlumatlarının təhlili əsasında onun Ukrayna ərazisindən Brestski hərbi poliqonu üzərində qeyri-qanuni kəşfiyyat fəaliyyətinin aparılması məqsədilə buraxıldığı təsdiqlənib.

 

Qeyd edək ki, bununla əlaqədar Ukraynanın Belarusdakı səfiri İqor Kizim XİN-ə çağırılıb və ona etiraz notası təqdim olunub.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı