Modern.az

Rektor köməkçisini bıçaqlayana hökm oxundu

Rektor köməkçisini bıçaqlayana hökm oxundu

Aktual

3 Fevral 2022, 16:46

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Dövlət Universitetinin (BDU) rektor müşavirini və komendantını bıçaqlamaqda təqsirləndirilən İsmixan Mirzəyevin işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Modern.az-ın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə o 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən ilin iyul ayının 27-də BDU-nun əsas korpusunda universitetin təsərrüfat şöbəsində fəhlə işləyən İ.Mirzəyev rektorun maliyyə məsələləri üzrə müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyevə bıçaqla xəsarət yetirib.

 

Hadisəni törətməkdə təqsirli bilinən İ.Mirzəyev hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

 

Yasamal Rayon Məhkəməsinin qərarı ilə İ.Mirzəyev Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı