Suriyanın şimalında “Sülh bulağı” və “Fərat Qalxanı” antiterror əməliyyatları zonalarında iki gündə 43 YPG yaraqlısı zərərsizləşdirilib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Suriyanın Əl-Bab, Dadat, Cibrin və Tall Malid bölgələrinin terrorçular tərəfindən atəşə tutulması nəticəsində 9 dinc sakin həlak olub, Türkiyənin Şirnak vilayətində isə terror hücumu zamanı əsgər Tarık Tarcan həyatını itirib. Türkiyə Silahlı Qüvvələrinin bölmələri buna cavab olaraq, YPG/PKK-ya qarşı əməliyyat həyata keçirib.
Qeyd olunub ki, Türkiyə bölgədə sabitliyi pozmağa çalışan PKK/YPG terrorçularına qarşı qətiyyətlə mübarizəni davam etdirəcək.