Modern.az

Consonun köməkçiləri istefa verdi

Consonun köməkçiləri istefa verdi

Aktual

4 Fevral 2022, 08:35

Böyük Britaniyanın Baş naziri Boris Consonun dörd köməkçisi Dauninq-stritdəki şənlik qalmaqalına görə istefa verib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Consonun şəxsi katibi Martin Reynolds, Aparat rəhbəri Den Rozenfild, Siyasət şöbəsinin müdiri Munira Mirzə və Baş nazirin mətbuat xidmətinin rəhbəri Cek Doyl vəzifələrindən ayrılıblar.

 

Xatırladaq ki, Boris Conson və bəzi hökumət nümayəndələrinin adları koronavirus pandemiyası səbəbindən elan olunmuş sərt qapanmalar zamanı şənliklərdə iştirakda hallanırdı. Bu hadisə ciddi tənqidlərə səbəb olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı