Ermənistanda son sutkada daha 4192 nəfərdə COVID-19 aşkarlanıb. Bununla da ümumilikdə virusa yoluxanların sayı 383458-ə çatıb. Hazırda ölkədə 27614 aktiv koronavirus xəstəsi var.
Modern.az-ın xəbərinə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi məlumat yayıb.
Bildirilib ki, son sutkada koronavirusdan ölənlərin sayı 10 nəfər olub ki, bununla da ümumi say 8075 nəfər təşkil edir.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 1545 nəfərdir. İndiyədək 346224 pasiyent infeksiyadan sağalıb.