Modern.az

Belarusla gömrük sahəsində əməkdaşlıq müzakirə edilib

Belarusla gömrük sahəsində əməkdaşlıq müzakirə edilib

Aktual

4 Fevral 2022, 13:32

Bu gün Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov ilə görüşüb.

 

Modern.az Komitəyə istinadən xəbər verir ki, S.Mehdiyev Azərbaycanla Belarus arasında sağlam təməllər üzərində qurulan münasibətlərin formalaşmasında hər iki ölkənin prezidentlərinin fəaliyyətini xüsusi vurğulayaraq qarşılıqlı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluğunu bildirib, əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini ifadə edib.

 

Azərbaycanın Belarusla gömrük sahəsində də qarşılıqlı əməkdaşlıq əlaqələrindən razılığını bildirən Komitə sədri bu əlaqələrin daha da  genişləndirilməsinin vacibliyini vurğulayıb.

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gömrük işinin səmərəli təşkili istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verən S.Mehdiyev tətbiq edilən yeniliklərin beynəlxalq ticarətin təhlükəsiz, asan və sürətli şəkildə reallaşdırılmasına, gömrük prosedurlarının sadələşdirilməsinə şərait yaratdığını bildirib.

 

Azərbaycanın gömrük sistemində aparılan islahatları yüksək qiymətləndirən səfir isə iki ölkə arasında bütün sahələrdə, o cümlədən gömrük sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib.

 

Görüşdə birgə əməkdaşlığın perspektivləri müzakirə olunub. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı